Xəbər lenti

Türkiyə millisinin üzvü rəsmən “Mançester Yunayted”də
İdman 20:59 01.09.2023

Türkiyə millisinin üzvü rəsmən “Mançester Yunayted”də

"Fənərbağça"dakı son dönəmində tənqid hədəfi olan Altay Bayındır İngiltərə nəhəngi "Mançester Yunayted”ə transfer olunub. 

Qaynarinfo-nun məlumatına görə, Premyer Liqa təmsilçisi 25 yaşlı qapıçı ilə 2027-ci ilə qədər müqavilə imzalandığını açıqlayıb. 

Türkiyə millisinin üzvü, Meyson Mount, Andre Onana və Rasmus Hoylanddan sonra Mançester təmsilçisinin yay transfer pəncərəsində heyətinə qatdığı dördüncü futbolçu olub. 

Son dörd mövsümdə "Fənərbağça"nın formasını geyinən Altay İstanbul təmsilçisinin heyətində 144 matça çıxıb. 25 yaşlı qolkiper Ərsun Yanalın dönəmində "Ankaragücü"dən "Fənərbağça"ya transfer olunmuşdu.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->