Xəbər lenti

Türkiyəli futbolçu bu sözlərinə görə cərimələndi
İdman 11:07 14.06.2023

Türkiyəli futbolçu bu sözlərinə görə cərimələndi

"Fənərbağça”nın futbolçusu İsmail Yüksek "Qalatasaray”la matçdan əvvəl dediyi sözlərə görə cərimələnib.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin Peşəkar Futbol İntizam Komitəsi qərar qəbul edib. Komitə Yükseki oyundan əvvəl klubun mətbuat xidmətinə açıqlamasında dediyi "Şübhələrlə dolu bir mövsüm oldu. Bunun layiqli çempionluq olduğunu düşünmürəm" - sözlərinə görə cəzalandırıb.

Qurum 24 yaşlı futbolçuya 104 min lirə pul cəzası kəsildiyini açıqlayıb. 

Geridə qalan mövsümdə Türkiyə Superliqasının qalibi "Qalatasaray" olub. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->