Xəbər lenti

Türkiyəli idmançıya ağır cəza - səkkiz il...
İdman 12:07 20.09.2023

Türkiyəli idmançıya ağır cəza - səkkiz il...

Ağırlıqqaldırma üzrə  Türkiyə millisinin üzvü Batu Han Yüksel ağır cəza ilə üzləşib.

Qaynarinfo-nin məlumatına görə, idmançıya səkkiz illik cəza verilib. Bu barədə Türkiyə Ağır Atletika Federasiyasından açıqlama verilib. Açıqlamada 23 yaşlı idmançının Türkiyə Antidopinq Agentliyinin müvafiq maddələrinə əsasən səkkiz il müddətinə azadlıqdan məhrum edildiyi bildirilib.

Batu Han bu il Ermənistanda keçirilən Avropa çempionatında kişilər arasında 81 kiloqram çəki dərəcəsində ikinci olub. O birdən qaldırmada 152 kq ilə gümüş, təkanla qaldırmada isə 187 kq ilə bürünc qazanıb. İdmançı ümumilikdə 332 kq ilə Avropa ikincisi olmuşdu.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->