Dünya 16:34 04.06.2023

Ukrayna ordusu cəbhənin bir sıra istiqamətlərində irəliləyib

"Ukrayna hərbçiləri Svatov istiqamətində Rusiya silahlı qüvvələrinə qarşı uğurla əks hücuma keçib, 400 metr irəliləməyi bacarıb".

Qaynarinfo "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski deyib.

Komandir cəbhə xəttində ukraynalı müdafiəçilərə baş çəkib və qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri təkcə müdafiə olunmur, həm də əks-hücum edir.

Sırskinin sözlərinə görə, Rusiya qruplaşmalarını məhbuslardan ibarət "Storm Z” hücum dəstələri ilə gücləndirib. Ruslar Maksyutovka, Novoselovskoye, Kuzemovka, Makeevka, Beloqorovka və digər ərazilərdə hücum əməliyyatları keçirib. Onlar Ukrayna qoşunlarının "müdafiəsini yarmağa” çalışırlar.

Sırski hücumlar şəraitində düşməni geri oturtduqlarını və müxtəlif ərazilərdə irəliləyən ukraynalı müdafiəçilərin uğurlu işini qeyd edib:

"92-ci əlahiddə mexanikləşdirilmiş briqadasının bölməsinin əməyini qeyd etmək istərdim ki, o, düşmənin Svatov istiqamətində nəinki hücumunu dəf edib, həm də uğurla əks-hücuma keçərək 400 metr irəliləyib”.

Sırski, həmçinin 80-ci əlahiddə hava hücumu briqadasının döyüşçülərinin İvanovski meşəsi ərazisindəki ərazinin əhəmiyyətli bir hissəsini azad etdiyini söyləyib. Qeyd edilir ki, söhbət Baxmut istiqamətində meşəlik ərazidən gedir.

Aydın