Ukrayna hökuməti ölkənin Gürcüstandakı müvəqqəti işlər vəkili Mixail Xarışini paltaryuyan maşın aldığına görə geri çağırıb.
Qaynarinfo xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
"Bu, siyasi akt deyil. Ukrayna hakimiyyətinin fikrincə, konkret səfirliyin nümayəndəsinin müharibə zamanı almamalı olduğu məişət əşyası alması ilə bağlıdır. Söhbət paltaryuyan maşınlardan gedir", deyə Kobaxidze bildirib.
Baş nazir vəziyyəti Ukraynanın Gürcüstandakı səfirinin 2022-ci ildə geri çağırılması ilə müqayisə edib. Hökumət başçısının sözlərinə görə, o zaman Kiyevin qərarını siyasi adlandırmaq olardı, çünki diplomat Tiflisin Rusiyaya qarşı sanksiyaları dəstəkləməkdən imtina etməsi səbəbindən vətəninə qayıdıb.
Sentyabrın 9-da Ukrayna Xarici İşlər Nazirliyinin yeni rəhbəri Andrey Sibiqa müvəqqəti işlər vəkilinin geri çağırıldığını elan edib. Nazir istefasının səbəbini "müharibə şəraitində olan ölkədə diplomatiyanın reallıqlarını tam başa düşməməsi" ilə izah edib.
Aydın
Şərhlər