Xəbər lenti

Ukrayna PUA-ları Rusiya neft emalı zavodunu vurdu (VİDEO)
Video 10:45 11.02.2025

Ukrayna PUA-ları Rusiya neft emalı zavodunu vurdu (VİDEO)

Səhər tezdən Ukrayna pilotsuz təyyarəsinin hücumu nəticəsində sənaye obyektinə ziyan dəyib.

Qaynarinfo xəbər verir ki, bunu Rusiyanın Saratov vilayətinin qubernatoru Roman Busargin Telegram qısa mesaj xidmətində bildirib. 

Bununla belə, Rusiyanın bir sıra qeyri-rəsmi Telegram xəbər kanalları Saratovdakı neft emalı zavodunun ərazisində partlayışlar və yanğınlar barədə məlumat verir. 

Sosial şəbəkələrdə yayılan videolarda obyektdə yanğın baş verdiyi görünür. Projektorlar, ehtimal ki, əlavə dronları aşkar etmək üçün səmanı işıqlandırır. Sirenlər və silah səsləri eşidilir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->