Xəbər lenti

Vaşinqton Bakıya yeni plan diqtə etmək istəyir (ŞƏRH)
Siyasət 17:28 16.11.2023

Vaşinqton Bakıya yeni plan diqtə etmək istəyir (ŞƏRH)

"ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi bu açıqlaması ilə təəssüf ki, Azərbaycanla şərt dililə danışır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında bunu konfliktoloq Üzeyir Şəfiyev ABŞ Dövlət Departamenti rəsmisi Ceyms Obrayın Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində çıxışı zamanı Ermənistan və Azərbaycan münasibətlərinə toxunarkən səsləndirdiyi fikri şərh edərkən deyib: 

"Orada belə bir cümlə işlədilir- Bakı ilə Vaşinqton arasındakı münasibətlər Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşacağı fonunda normallaşa bilər. Əfsus ki, ABŞ 1992-ci ildə "907-ci düşəliş”i ortaya atmaqla yol verdiyi səhvi yenidən təkrarladı. Bu düzəliş ABŞ-ın Ermənistan Azərbaycan münasibətlərində vasitəçi olmasına xələl gətirir. ABŞ-ın qərar qəbuletmə sisteminə təəssüf ki, erməni lobbisinin təsiri vardır. Bu mənada, Ceyms Obrayın həmin ifadəsi öz iradəsilə olan məsələ deyil, erməni lobbisinin təsirinin nəticəsidir. Belə görünür ki, orta perspektivdə ABŞ-ın xarici siyasətində Azərbaycana qarşı presinq, təzyiq siyasəti həyata keçiriləcək. Obrayn açıq şəkildə qeyd edir ki, Rusiya sülhməramlıları Qarabağdan çıxarılmalı, əvəzində daha adekvat qüvvələr əraziyə yerləşdirilməlidir. Yəni, qüvvələr nisbətinin bu şəkildə dəyişməsi hesabına ABŞ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün yeni bir plan diktə etmək istəyir”. 
Ekspertin sözlərinə görə, Paşinyanın Rusiya və KTMT-yə qarşı son etirazlarının arxasında dayanan məsələ də məhz bundan ibarətdir. 
 


Həmsöhbətimiz bildirib ki, Vaşinqtonun həmin planı Azərbaycanın milli maraqlarına uyğun olmasa, Bakı heç zaman bu ritorikanı qəbul etməyəcək: 

"Azərbaycan yaratdığı yeni reallığı dəyərləndirməyi bacarır. Hesab etmirəm ki, ABŞ-ın təzyiq  dililə danışması Azərbaycanın yaratdığı reallığı dəyişdirə biləcək. Bakı ilə hansısa bir diktə, şərt dililə danışmaq qeyri-mümkündür”. 

Qeyd edək ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində çıxışı zamanı qarşıdakı həftələrin Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanması prosesi üçün həlledici olacağını bildirib: 

"Qarşıdakı bir neçə həftə tərəflərin niyyətlərdən razılığa keçməyə hazır olduqlarını yoxlamaq üçün həlledici olacaq. Çünki bildiyimiz kimi, danışıqlarda  "bəli” əldə etmək ən çətin sözdür”. 

Obrayn həmçinin qeyd edib ki, ABŞ Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində beş illik fəaliyyət müddəti başa çatdıqdan sonra çıxarılması üçün daha stabil yol tapmalıdır:

"Biz bunu yalnız ortaya çıxan sülh razılaşması üzərində dərindən məşğul olduğumuz zaman edə  bilərik. Biz kənarda qalsaq Rusiya sərhədə nəzarət  etməyə davam edəcək”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->