Xəbər lenti

Vəfat edən aktrisanın 3 milyon dollardan çox borcu qalıb
Sənət 15:20 20.07.2024

Vəfat edən aktrisanın 3 milyon dollardan çox borcu qalıb

"Beverly Hills 90210" və "Charmed" seriallarındakı rolları ilə tanınan Hollywood aktrisası Şannen Dohertinin ölümdən sonra qohumlarının ödəməli olduğu çoxlu borcları qalıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Sun" yazıb.

Söhbət Şannenin ölümündən bir il əvvəl daşınmaz əmlak almaq və xərçəng müalicəsi üçün götürdüyü kreditdən gedir. Məbləğ 3 milyon dollardır. Aktrisanın ödəməyə vaxt tapmadığı məhkəmə xərcləri də ödənilməlidir. Bu, 250 min dollardan artıqdır.

Aktrisa həmçinin keçmiş əri Kurt İsvaryenkodan aylıq 15 min dollardan çox aliment tələb edib. O, birincinin ona pul verməmək üçün məhkəmə prosesini bilərəkdən yubatdığını vurğulayıb. Ancaq onun ölümündən bir gün əvvəl nəhayət rəsmi boşanma sənədlərini imzaladığı bildirilir.


Şannen Dohertinin ailəsinin onun borclarını nə qədər müddətə ödəyəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, Şannen Doherti 2015-ci ildən xərçənglə mübarizə aparırdı. Əvvəlcə aktrisaya döş xərçəngi diaqnozu qoyulub. Mastektomiya və kemoterapi kurslarından sonra ulduz sağaldığını bildirib, lakin 2020-ci ilin fevralında ona dördüncü mərhələdə döş xərçəngi diaqnozu qoyulub. O, 13 iyul 2024-cü ildə 53 yaşında vəfat edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->