Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin keçirdiyi tender müsabiqəsinin qalibi "Bakı Abadlıq Xidməti” MMC olub.
Xidmət təmir-tikinti, yenidənqurma, abadlıq və işıqlandırma sistemlərinin quraşdırılması işlərinə görə "Bakı Abadlıq Xidməti” MMC-yə 250 milyon manat ödəyəcək.
Nizamnamə kapitalı 10 min manat olan "Bakı Abadlıq Xidməti” MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Tağı Şahbazi, ev 8, m. 504-də yerləşir.
MMC-nin qanuni təmsilçisi Qasımov Binnət Əli Oqtay oğludur.//Yeniavaz.com
Şərhlər