(Yazı "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" mövzusu üzrə hazırlanıb)
"Vətəndaş cəmiyyətinin dövlətdə mühüm rolu var. Bu gün Azərbaycanda və beynəlxalq aləmdə, o cümlədən beynəlxalq təcrübədən irəli gələrək bütün dövlətlərdə əsas üç sektor var - dövlət, özəl və ictimai. İctimai sektor bütövlükdə vətəndaş cəmiyyətidir. Ona daxil olan elementlər - qeyri-hökumət təşkilatları, bələdiyyələr, həmkarlar ittifaqı və mediadır".
Bunu Qaynarinfo-ya açıqlamasında "Bakı Resurs Mərkəzi" İctimai Birliyinin sədri Rauf Zeyni bildirib ki, bu gün dördüncü hakimiyyətin əksəriyyəti vətəndaş cəmiyyətində təmsil olunur.
"Bu gün vətəndaş cəmiyyəti beynəlxalq aləmdə yumşaq gücdür. Bütün dövlətlərdə iqtisadi inkişafla bərabər həm də vətəndaş cəmiyyətinin güclü olması çox vacib bir faktordur. Bu baxımdan mənim bir şüarım var, "kamil vətəndaş, sivil cəmiyyət, güclü dövlət". Yəni bir ölkədə kamil vətəndaş varsa, orada sivil cəmiyyət olacaq. Sivil cəmiyət olan ölkələrdə isə ən təhlükəsizlik, həm milli-mənəvi dəyərlər, milli maraqların müdafiəsi, həm də vətəndaşların hüquq və azadlıqlarının qorunması baxımından çox önəmli və vacibdir. Dövlətin Konstitusiyasında dövlətin ali məqsədi vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunmasdır. Ona görə bunların hər biri vətəndaş cəmiyyəti ilə bağlıdr. Nə qədər inkişaf etmiş vətəndaş cəmiyyəti olarsa, bir o qədər dövlət və cəmiyyətin inkişafına böyük töhfələr verə bilər", deyə Rauf Zeyni bildirib.
Rauf Zeyni əlavə edib ki, Azərbaycan 30 il müddətində vətəndaş cəmiyyətinə qədər çox ağır, çətin, eyni zamanda şərəfli bir yol gəlib:
"Qarabağ savaşı keçən vətəndaş cəmiyyəti demək olar ki, 90% milli maraqlar, torpaqların işğaldan azad olunması, Qarabağ, bütövlükdə Azərbaycanın bütövlüyü uğrunda, eyni zamanda iqtisadiyatdan mədəniyyətə, ekologiyaya kimi bütün sahələri əhatə edən böyük yol keçib. 2010-cu ildə ilk dəfə vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları ilə bağlı ilk milli hesabat təqdim olunub. Orada 7 bölmə var idi. Həmin bölmələrdən birini də mən işləmişdim. İlk müstəqil Azərbaycanda qeyri-hökumət təşkilatları, onların fəaliyyəti ilə əlaqədar milli hesabat təqdim olunurdu. Bu gün də QHT sektorunda, yaxından və uzaqdan baxanda çox böyük irəliləyiş, inkişaf var. Dövlət Dəstəyi Agentliyi QHT-yə çox dəstək verir, maraqlı tədbirlər keçirir. Elə bu yaxınlarda biz Zəngilanda, Laçında və Qubadlıda böyük tədbirlərdə iştirak etdik. Zəngilanda həm agentliyin, həm də milli QHT forumunun təşəbbüsü ilə QHT əməkdaşlıq forumu keçirildi. Forumda çox böyük məruzələr dinlənildi, nəticələr və hədəflər müzakirə olundu. Nəticələr müsbət qiymətləndirildi. Yeni çağırışlar və yeni hədəflər də müzakirə olunub. Əlbətə ki, sonda yeni konsepsiyanın qəbul olunması təklif olunub".
Rauf Zeyni hesab edir ki, bu yeni konsepsiya gələcək vətəndaş cəmiyyətinin yol xəritəsi olmalıdır:
"Bu baxımdan ölkəmiz çox böyük beynəlxaq tədbirlərə ev sahibliyi edir. Məsələn, COP29... Bunlar həm ekoloji, həm iqlim dəyişikliyi nöqteyi-nəzərdən dünyaya bir mesajdır. Bu baxımdan vətəndaş cəmiyyətinin üzərinə yeni vəzifələr düşür. Biz bu məsələlərin hər birini müzakirə elədik. Vətəndaş cəmiyyəti bu gün qənaətbəxş təsiri bağışlayır. Həmişə demişəm, bu gün də deyirəm ki, vətəndaş cəmiyyətinə dövlət qayğı dəstək verir"
Rauf Zeyni vətəndaş cəmiyyətinin təklifləri və hədəflərinin çox əhmiyyətli və böyük olduğunu önə çəkib:
"Onun maliyələşdirilməsi həyata keçirilməlidir. Düşünürəm ki, bu cəmiyyətə yenidən baxılmalıdır".
Bahar Rüstəmli
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər