Xəbər lenti

Vilayət Eyvazovdan Xankəndiyə yeni təyinat
Ölkə 22:39 09.09.2024

Vilayət Eyvazovdan Xankəndiyə yeni təyinat

Xankəndi Şəhər Baş Pasport, Qeydiyyat və Miqrasiya Şöbəsinə yeni rəis təyin edilib.


Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.


Əmrə əsasən, Səbail Rayon 39-cu Polis Bölməsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Azər Quliyev tutduğu vəzifədən azad edilərək, Xankəndi Şəhər Baş Pasport, Qeydiyyat və Miqrasiya Şöbəsinin rəisi (baş inspektor) təyin olunub.


Qeyd edək ki, polis polkovnik-leytenantı Azər Quliyev uzun illər DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ), daha sonra Sabunçu Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi vəzifəsində çalışıb.




Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->