Xəbər lenti

WP: İsrail və fələstinlilər Qəzzanın Fələstin administrasiyasına verilməsinə qarşıdır
Dünya 13:07 04.12.2023

WP: İsrail və fələstinlilər Qəzzanın Fələstin administrasiyasına verilməsinə qarşıdır

ABŞ prezidenti Co Bayden administrasiyasının nümayəndələri hesab edirlər ki, müharibə başa çatdıqdan sonra HƏMAS yaraqlılarının əvəzinə Qəzza zolağına yenilənmiş Fələstin milli administrasiyası (FMA, İordan çayının qərb sahilindəki anklavın səlahiyyətliləri) rəhbərlik etməlidir. Lakin bu fikir İsrail və Fələstin rəsmiləri arasında son dərəcə populyar deyil.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Washington Post” ekspertlərə istinadən yazır.

ABŞ rəsmiləri Fələstinin yeni administrasiyasını hamının dəstəkləməyəcəyi faktını etiraf edirlər, lakin onların fikrincə, bu variant İsrailin Qəzza zolağının birbaşa işğalına qayıtmaqdan daha yaxşıdır.

"Bizim bunun asan olacağına dair heç bir illüziyamız yoxdur. Bu yolda mütləq fikir ayrılıqlarımız olacaq”, deyə ABŞ dövlət katibi Entoni Blinken Təl-Əvivdə keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, alternativ daha çox terror hücumları, daha çox zorakılıq, daha çox günahsız əzabdır.

WP qeyd edir ki, İsrail hakimiyyəti Qəzzanın işğalına qarşıdır, lakin sərhəddə bufer zonanın yaradılması, həmçinin keçid dövründə İsrail qüvvələrinin Qəzzaya çıxışı kimi təhlükəsizliyin gücləndirilməsi tədbirləri kimi ara variantları müzakirə edir. Lakin Co Bayden administrasiyası Qəzzanın muxtariyyətinə qoyulan istənilən məhdudiyyətin əleyhinədir.

Qəzza zolağının gələcəyinin planlaşdırılması İsrail və HƏMAS arasında hərbi münaqişənin hələ də davam etməsi ilə çətinləşir. Yaxın Şərq İnstitutunun siyasət üzrə vitse-prezidenti Brian Katulis "Müharibənin necə aparılacağı variantların genişliyini müəyyən edəcək" deyib. Onun fikrincə, Fələstin muxtariyyətinin hakimiyyətə gəlməsi bir sıra çox pis variantlardan ən yaxşısı ola bilər.

Demokratlar Partiyasının keçmiş müşaviri Dennis Ross hesab edir ki, müharibə bitdikdən sonra heç kimin yenidən silahlana bilməyəcəyini təmin edən mexanizm vasitəsilə demilitarizasiya məsələsini həll etmək üçün bir yol tapmaq lazımdır. Bununla belə, ərəb ölkələri lazım gəldikdə fələstinlilərə qarşı güc tətbiq etmək perspektivindən narahat olduqları üçün bölgəyə təhlükəsizlik qüvvələrinin göndərilməsinə ciddi şübhə ilə yanaşırlar. 

"Bir ərəb rəsmisi mənə belə bir şey dedi: "Siz, əsgərlərimizin fələstinlilərə və fələstinlilərin onlara atəş açması görüntülərini təsəvvür edin", mdeyə Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun baş elmi işçisi Qeyt əl-Omari bildirib.

Bununla belə, ekspertlərin "The Washington Post”a verdiyi məlumata görə, Qəzzada yaraqlıların 15 ildən çox hakimiyyətdə olmasından sonra HƏMAS-a dəstək Fələstin cəmiyyətinin bütün təbəqələrində kök salıb. Bu arada, Co Bayden administrasiyasının anklavın yeni rəhbərliyi kimi baxdığı Fələstin administrasiyası son illərdə fələstinlilər üçün çox az iş görüb. Onun fələstinlilər arasında nüfuzu İordan çayının qərb sahilindəki təhlükəsizlik tədbirləri ilə sarsılıb, orada polisə təkcə fələstinliləri qorumaq deyil, həm də İsrailin hərbi işğalına kömək etmək tapşırılıb. "Administrasiya korrupsiyalaşmış kimi qəbul edilir və Fələstin əhalisi arasında nüfuzu yoxdur", deyə insan haqları müdafiəçisi və Fələstin muxtariyyətinin keçmiş naziri Şövki İsa bildirib. 

Dekabrın 3-də "Reuters" mənbələrə istinadən xəbər verib ki, İsrail hakimiyyəti Fələstinin HƏMAS hərəkatı ilə müharibə başa çatdıqdan sonra İsrail ərazilərinə mümkün hücumların qarşısını almaq üçün Qəzza zolağında bufer zona yaratmaq istəyir. Agentliyin məlumatına görə, Misir və Qətərlə danışıqlar zamanı İsrail Qəzza zolağının şimal hissəsini tərksilah etməyi və ərəb ölkələrinin nəzarətində olan bufer zonasının yaradılmasını təklif edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->