Xəbər lenti

Ekonomiks 11:24 01.12.2023

"Xankəndi turizm mərkəzinə çevriləcək" - Deputat

"Xankəndində tarixi və mədəni turizm imkanarı genişdir. Bu şəhərin turizm baxımından böyük potensialı var. Bütün bunlar da ondan xəbər verir ki, Xankəndində səfər edən xarici turistlərin sayı çox olacaq. Bu konteksdən turizm sektoru Xankəndinin inkişafına xüsisi töhvə verən sahələrdən olacaq”.  

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat bildirib ki, Xankəndinin iqtisadi baxımdan böyük üstünlükləri var:
 


"Potensiala malik olan şəhərlərimizdəndir. Çox yaxın zamanlarda artıq həmin potensialdan istifadə olunması, Xankəndinin iqtisadiyyatının yenidən formalaşdırılması və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası mümkün olacaq. Xankəndi bütövlükdə iqtisadi potensialına görə seçilən şəhərlərimizdəndir. Eyni zamanda kifayyət qədər böyük sənaye potensialı var. Xüsusən də istehsal və sənaye məhsullarının istehsalında fərqlənən şəhərlərimizdəndir”. 

Vüqar Bayramov qeyd edib ki, Xankəndi Azərbaycanda sənaye məhsullarının istehsalına xüsusi töhvə verəcək:

"Digər mühüm məqamlardan biri Xankəndində xidmət sektorunun inkişafıdır. Nəzərə alsaq ki, şəhər kifayət qədər cəlbedicidir, Azərbaycanın qədim, tarixi şəhərlərindəndir. Ona görə bu xidmət  sektorunun inkişafı üçün yeni imkanlar yaradacaq”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->