Xəbər lenti

İdman 09:50 22.12.2022

Xərçənglə mübarizə aparan Pelenin vəziyyəti pisləşir

Noyabrın sonunda 82 yaşlı braziliyalı futbolçu Pelenin xəstəxanaya yerləşdirildiyi San-Pauludakı Albert Eynşteyn klinikası onun səhhətinin pisləşdiyini bildirib. İdmançının qızı Kelli Nasimento Milad bayramını xəstəxanada keçirəcəyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Kommersant məlumat yayıb.

"Evdəki Milad bayramımız yarımçıq qaldı... Həkimlər və mən qərara gəldik ki, müxtəlif səbəblərdən bu yeni Eynşteyn ailəsinin bizə göstərdiyi bütün qayğı ilə burada qalmağımız daha yaxşı olardı”, deyə Kelli Nasimento öz "Instagram" hesabında yazıb.

"Noyabrın 29-da düz bağırsağın xərçəngi və tənəffüs yoluxucu infeksiyanın müalicəsinə görə kimyaterapiya kursunu tənzimləmək üçün xəstəxanaya yerləşdirilən Edson Arantis du Nascimentu (Pelenin əsl adı-red.) onkoloji xəstəlikdə mənfi tendensiyaya malikdir və bu səbəbdən ona böyrək xəstəliyi və ürək disfunksiyasına görə daha intensiv müalicə lazımdır”, deyə klinikanın açıqlamasında bildirilir.

Futbol üzrə üçqat dünya çempionu 2021-ci ilin sonundan xərçənglə mübarizə aparır. 2021-ci ilin sentyabrında o, yoğun bağırsağındakı şişi çıxarmaq üçün əməliyyat keçirib, bundan sonra ona kimyaterapiya kursu təyin olunub. Daha sonra futbolçunun vəziyyəti pisləşib, bu il dekabrın 3-də ona tənəffüs yollarının infeksiyası diaqnozu qoyulub.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->