Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlunun səhhəti hələ də normallaşmayıb.
Bu barədə Qaynarinfo-ya açıqlamasında onun özü məlumat verib.
Jurnalist Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Reablitasiya Mərkəzinə yerləşdirilib.
"Yüksək təzyiqdən əziyyət çəkirəm. Baş-beyində qan qidalanmasında problemlər yaranıb. Buna görə də burnumda qanaxmalar olur. Həkimlərin nəzarətindəyəm, ümid edirəm ki, hər şey yaxşı olacaq".
Xatırladaq ki, fevralın 22-də Rey Kərimoğlunun səhhətində problemlər yaranıb. Xətai Tibb Mərkəzinə yerləşdirilən jurnalist bir neçə gün orada müalicə edilib.
Bahar Rüstəmli
Şərhlər