Xəbər lenti

İdman 10:03 12.02.2025

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi xəstəxanaya yerləşdirildi

"Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Oğuz Çətin səhhətində qəfil yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Onun reanimasiyaya yerləşdirildiyi, ümumi durumunun normal, şüurunun yerində olduğu qeyd edilib. Buna baxmayaraq, mütəxəssis bir müddət reanimasiyada həkimlərin nəzarəti altında saxlanılacaq.

Qeyd edək ki, Oğuz Çətin 2013/2014 mövsümündə "Xəzər Lənkəran” komandasında Mustafa Dənizlinin köməkçisi, daha sonra baş məşqçi kimi fəaliyyət göstərib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->