Xəbər lenti

Xəzərdə balıqların sayı kəskin azalır:
Ölkə 14:36 18.09.2023

Xəzərdə balıqların sayı kəskin azalır: "Dünyada qara kürünün kilosu 2 min dollardır"

"Dünya bazarında qara kürünün bir kilosu 2 min dollara təklif olunur".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmli deyib. Ekspert bir müddətdən sonra qara kürünün qiymətinin daha da bahalaşacağını vurğulayb: 

"Azərbaycanda qara kürü alıb yemək vaxtı çoxdan bitib. Vaxtı ilə 50 manata alırdıq. Artıq Xəzər dənizində balıqlar get-gedə yox çıxır. Bu həm də iqlim dəyişiklilə bağlıdır. Ümumiyyətlə, okeanda belədir, biz bir araşdırma apardıq, ABŞ-dan mütəxəsis gəlmişdi. Hətta israilli mütəxəsislər də bu araşdırmaya cəlb olunmuşdu. Məlum oldu ki, dünyada göl balıqçılığından istifadə 80%-dən çoxdur. Süni göllərdə istifadə olunan balıqlara üstünlük verilir. Bu da onu deməyə əsas verir ki, okean və dənizlərdə get-gedə balıqlar yoxa çıxır, sayı aşağı düşür”. 

Vahid Məhərrəmov Xəzər dənizində də balıqların sayının azaldığını qeyd edib: 

"Xüsusən də nərə balıqlarının sayı azalır. Bu problem qismən həll edə bilərik. Neftçalada bu işlə məşğul olanlar var. Hələ ki, qara kürü bizim üçün əlçatandır. Amma əksər ölkələrdə qara kürü tapmaq problemdir. Bu səbəbdən kürünün qiyməti artmaqda davam edəcək”.

Ekspert bunu ekoloji və qlobal istiləşmənin yaratdığı problem kimi dəyərləndirir:
 
"Kilkə balıqları yoxa çıxıb. Böyük balıqlar onunla qidalanır. Bu da onu deməyə əsas verir ki, böyük balıqlar azalacaq”.
 
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->