Qaynarinfo
Cəmil Məmmədlinin təqdimatında günün tarixi xronikasını təqdim edir:
5
fevral 1905-ci il...
Erməni
terrorçuları tərəfindən Bakıda Sabunçu kənd sakini Ağarza Babayev vəhşicəsinə
öldürülür. Həmin gün Bakıda daha 13 nəfər azərbaycanlı ermənilər tərəfindən qətlə
yetirilir.
5
fevral 1919-cu il...
Silahlanmış
erməni saqqallıları Abdulluq Azərbaycan kəndinə hücum edərək 25 uşağı, 15
qadını və 50 kişini vəhşicəsinə qətlə yetirirlər. 114 ev yandırılır.
5
fevral 1919-cu il...
Erməni
yaraqlıları Muğanski hökümətinin əmri ilə Lənkəran qəzasında onlarla onları
xarabalığa çevirirlər. Kəndlərin (Qədirli, Xallıcanlı, Köçəkli, Ərəbli, Həsənli,
Qarğalıq, Şəhriyar, Dəlləkli, Eminli, Məmmədxanlı, Ağatənəli, Xırmandalı,
Toxulacaq, Kərbalayi Abdullah Təkləsi və s.) əhalisi didərgin düşür. Biçarə kənd
qadınlarının ismətinə təcavüz olunur.
5
fevral 1919-cu il...
Kilani-Turani
Azərbaycan kəndində erməni quldurları 10 kişini, 1 qadını, 1 uşağı öldürür, 170
evi yandırırlar.
5
fevral 1919-cu il...
Erməni
yaraqlıları Göyçə mahalının Daşkənd oymağına hücum edirlər. 21 azərbaycanlı qətlə
yetirilir.
El sənətkarı
Aşıq Nəcəf girov düşür.
Onu 2
gün ac-susuz çalıb oxumağa məcbur edirlər. Sonra onu Çaxırlı və Basarkeçər kəndləri
arasında –Kültəpə adlı yerdə işgəncə ilə (kürəyinə qaynar samovar bağlayıb, küləyin
əks istiqamətində qaçmağa məcbur edirlər) qətlə yetirirlər.
5
fevral 1919-cu il...
Erməni
silahlıları Göyçənin Şorca kəndinə hücum edirlər. Kəndin bütün kişiləri
öldürülür. Uşaqlar təndirə atılır. Seçmə 8 qadın kənddən aparılır, 20 gün
saxlanılır. Onlar şərəflərinə toxunulduqdan sonra buraxılırlar.
5
fevral 1990-cı il...
1987-ci
ildən başlayaraq Ermənistandan 200 000 nəfərdən çox azəərbaycanlının qovulması
prosesi başa çatır.
5
fevral 1992-ci il...
Xocavənd
rayonunun cənnətməkan Günəşli kəndi ermənilər tərəfindən işğal edilir.
6
fevral 1828-ci il...
Erməni
mənşəli çar generalı V.Mədətov baş komandanlığın göstərişi olmadan Təbriz
yaxınlığında özbaşınalıq edərək talanlar törədir. Dinc əhaliyə qarşı silah işlədilir,
xeyli sayda ölənlər olur.
6
fevral 1905-ci il...
Ermənilər
Bakı şəhərində dəhşətli,qanlı hadisələr törədir. Bakıda Rusiya hakim dairələrinin
təhriki və erməni milyonçuları Balabek lalayev, Artyom Babayants, Akop
Muradyan, Qriqori Sarkisyants, İsay Ter-Osipov və digər maqnatların havadarlığı
ilə ermənilər planlı şəkildə günün günorta çağı, erməni kilsəsinin yanında,
"Parapet” meydanında qətllər törədirlər.
18 nəfər
adam ermənilər tərəfindən öldürülür, 33 nəfər yaralanır.
Bundan
sonra Bakıda və quberniyanın digər yaşayış məntəqələrində davam edən şiddətli
qırğınlar törədilir. Qan su yerinə axır.
6
fevral 1919-cu il...
Erməni
daşnakları Göyçə mahalının Məniman (Nəriman) kəndinə hücum edirlər. 29 kişi ,
10 qadın, 12 uşaq ağır işgəncələrlə qətlə yetirilir. Onların cəsədləri eybəcər
hala salınır, gözləri çıxarılır, qulaqları kəsilir. 37 evə od vurularaq
yandırılır.
6
fevral 1919-cu il...
Ermənilər
kiçik bir Azərbaycan qışlağında çobanlara vəhşicəsinə divan tuturlar.
6
fevral 1920-ci il...
Daşnak
yaraqlıları Gümrüdə terror aktı törədirlər. 500 nəfər azərbaycanlı qətlə
yetirilir.
6
fevral 1920-ci il...
Nuxadan
gəlmiş ermənilər Eçmiədzin qəzasında Xatınarx kəndinin yerli sakinləri ilə
birlikdə qonşuluqda olan Qarğabazar müsəlman kəndinə hücum edərək evləri
yandırır və camaatın var-yoxunu talayıb aparırlar.
6
fevral 1980-ci il...
İsveçrənin
Bern şəhərindəki türk səfirliyinin binası qarşısında səfir Doğan Türkmən öz
maşınında ikən erməni terrorçusu tərəfindən atəşə tutulur. Səfir aldığı güllədən
yaralanır.
Terrorçu
Maks Kledcan aradan çıxa bilirsə də, Marseldə tutulur və tədqiqat üçün İsveçrəyə
qaytarılaraq istintaqa cəlb olunur.
Məsuliyyəti
CSAQ terrorçu dəstəsi öz üzərinə götürür...
6
fevral 1993-cü il...
Ağdam
rayonunun Sırxavənd kəndi yenidən ermənilərin əlinə keçir.
6
fevral 1993-cü il...
Qazax
rayonunun mərkəzi ermənilər tərəfindən artilleriya atəşinə tulur. 3 nəfər həlak
olur, 10 nəfər yaralanır...
Şərhlər