Qaynarinfo
Cəmil Məmmədlinin təqdimatında günün tarixi xronikasını təqdim edir:
5 may
1905-ci il...
Naxçıvan
qəzasının Cəhri kəndində 3 nəfərə azərbaycanlı kənd sakini saat 3 radələrində ermənilərin
yaşadıqları Şıxmahmud kəndindən keçərkən erməni silahlılarının onlara etdiyi
basqın nəticəsində ağır yaralanırlar...
5 may
1920-ci il...
Erməni
silahlı dəstələri Qarsda və onun ətraf ərazilərində 1.174 nəfər türkü
amansızlıqla qətlə yetirir.
5 may
1920-ci il...
"Timofey
Ulyantsev” zirehli qatarı Ağstafa və Poylu stansiyalarını tutub Gürcüstan sərhədlərinə
çatır.
5 may
1924-cü il...
Azərbaycan
K(b)P-nın VI qurultayında S.M.Kirov Qarabağın dağlıq hissəsinə muxtariyyət
verilməsi ətrafında yaranan məsələlərə şübhəli münasibət bildirir: "Bu məsələni
nəhayət ki, biz həll etdik və şübhəsiz, tamamilə düzgün iş gördük. Bu məsələni,
əsasən, yenidən həll etməyə qayıtmayacağımıza heç bir şübhə yoxdur...” Əslində
isə bu məsələnin düzgün həll olunduğuna Kirovun özünün də şübhəsi olmuşdur.
5 may
1938-ci il...
Azərbaycan
SSR Ali Soveti tərəfindən Qaragöl yaylasının (Laçın rayonu), Çayzəmi ərazisinin
(Qubadlı rayonu), Kəmərli kəndinin (Qazax rayonu) və Zod sahəsinin (Kəlbəcər
rayonu) erməni və azərbaycanlı torpaq komissarlıqları sədrlərinin imzaladıqları
protokola əsasən Ermənistana verilməsi təsdiq edilir.
5 may
1992-ci il...
Goranboy
rayonunun Tapqaraqoyunlu kəndi erməni silahlılarının basqınına məruz qalır. 6 nəfər
həlak olur, 8 nəfər yaralanır.
5 may
1992-ci il...
Naxçıvan
MR Şərur rayonunun Havıs və Günnüt kəndləri ermənilər tərəfindən müxtəlif növ
silahlardan atəşə tutulur.
5
may 2000-ci il...
Ermənistan
Təhlükəsizlik Şurasında keçirilən "Erməni xalqının milli təhlükəsizlik
probleminə dair” sənədin müzakirəsi zamanı Qarabağa ermənilərin köçürülməsi
başlıca mövzu olur. Müzakirə zamanı MDB çərçivəsində "sıxılan və əzilən, tənha
qalan ”erməni millətinə yardım üçün xaricdəki icma başçılarına, kilsə rəhbərlərinə
müraciət edilməsi qərara alınır.
Romadan
ilk erməni ailəsi, iş adamı, "keşiş Albertinonun atası” - Yeramuş Sarkisyan,
oğlu ilə birgə Xankəndinə gəlir. 2001-ci il ilədək Y.Sarkisyan Xankəndidə
yaşayır. Onun ardınca isə 2001-ci ilin aprelində İtaliyadan 26 erməni ailəsi
Dağlıq Qarabağa yaşamaq üçün yola düşür.
Mayın
5-də keçirilmiş iclasdan sonra prezident Robert Köçəryanın imzası ilə Fransada,
Amerikada (əsasən Kaliforniyada), İranda, Rusiya Federasiyasında,
Argentinada,Livanda, Liviyada, Suriyada...yaşayan erməni icmasının başçılarına
yardım diləyən məktublar göndərilir.
Həmin
məktublardan biri 2000-ci il iyunun 9-da Parisdə nəşr olunan "La Vie” ("Həyat”)
jurnalında çap olunur. (nömrə 28, səh.2)
Ümumiyyətlə,
1994-2001-ci illər ərzində işğal olunmuş Azərbaycan torpaqlarına xaricdən
yaşamaq və s. Məqsədlər üçün Fransadan, Livandan, Argentinadan, Sudandan,
Liviyadan, Suriyadan, ABŞ-dan və s.ölkələrdən köç belədir:
1.Fransa.
Paris
: 21 ailə 1992-ci ildə, 3 ailə 1992-ci ildə, 19 ailə 1999-cu ildə, 33 ailə
2000-ci ildə.
Marsel
: 15 ailə 2000-ci ildə.
Lion 8
ailə 2000-ci ildə.
2.Livan.
Beyrut:
1998-ci ilədək 42 ailə Ermənistana gəlib. Onlardan 13 ailə 1999-cu ildə Xankəndinə
köçürülür.
3.
Argentina.
Buenos-Ayres
: 5 ailə 2000-ci ildə.
4.ABŞ.
Nyu-Cersi
: 7 ailə 1998-ci ildə.
Vaşinqton:
4 ailə 1999-cu ildə.
Kaliforniya:
11 ailə 1999-cu ildə, 4 ailə 2000-ci ildə.
5.
Suriya.
Dəməşq:
9 ailə 1996-cı ildə, 2 ailə 1997-ci ildə.
6.Liviya.
Tripoli:16
ailə 1995-ci ildə.
7.
Sudan.
Xartum:
3 ailə 1999-cu ildə.
Zəruri
qeyd: Bu adamların bir qismi Yerevan rəsmiləri tərəfindən ikili vətəndaşlıq sənədləri
də alır. Ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisinə köçürülən
bu ailələrin bir qisminin adları MKİ (ABŞ), BND-nin (Almaniya), FTX-nin (RF) sənədlərində
çəkilir. Onlar terrorçu qrupların tərkibində 1988-1994-cü illərdə Qarabağda baş
verən terror aktlarında iştirak etmiş şəxslərdir.(?!)...
6 may
1905-ci il...
Silahlı
erməni quldurları Naxçıvan ərazisində azərbaycanlılara qarşı dəhşətli qırğın həyata
keçirirlər.
6 may
1989-cu il...
SSRİ
Nazirlər Sovetinin qərarı ilə DQMV-dakı idarə və müəssisələr Azərbaycan SSR-in
tabeliyindən çıxarılır. Vilayət ərazisində bununla da azərbaycanlıların
yaşadıqları məntəqələrin ermənilər tərəfindən blokadasına imkan yaranır.
6 may 1991-ci
il...
Erməni
terrorçuları tərəfindən törədilən partlayış nəticəsində Kolonyurd vağzalında 12
azərbaycanlı öldürülür.
6 may
1991-ci il...
Ağdam-Şuşa
marşrutu ilə hərəkət edən sərnişin avtobusuna ermənilər tərəfindən raket mərmiləri
atılır.
6 may
1992-ci il...
Füzuli
rayonunun Qacar və Divanalılar kəndləri ermənilər tərəfindən zirehli
maşınlardan, Füzuli şəhəri isə toplardan atəşə tutulur. Ölən və yaralananlar
olur.Rayonun Qacar, Divanalılar, Hoğa (Üçbulaq) kəndlərinin ərazilərinə erməni
yaraqlılarının basqını nəticəsində 2 nəfər azərbaycanlı həlak olur, 5 nəfər isə
yaralanır.
6 may
1992-ci il...
Naxçıvanın
Sədərək qəsəbəsi, eləcə də Havus, Günnüt, Yuxarı Yaycı kəndləri erməni
yaraqlılarının basqınına məruz qalır. Baş verən döyüşlərdə 3 nəfər (Asəf Əbülfəz
oğlu Həsənəliyev və daha iki nəfər) həlak olur, 45 nəfər yaralanır.
6 may
1993-cü il...
Füzuli
rayonunun ermənilərlə həmsərhəd olan kəndləri ermənilər tərəfindən atəşə
tutulur. Ölən və yaralananlar olur...
6 may
1993-cü il...
Qubadlı,
Goranboy, Zəngilan və Ağdam rayonlarının əraziləri ermənilər tərəfindən atəşə məruz
qalır.
Şərhlər