Maqazin 10:12 15.01.2023

Yeni "Kainat gözəli" seçildi (VİDEO)

ABŞ-nin nümayəndəsi R'Bonnie Qabriel "Kainat gözəli” ("Miss Universe 2022”) beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 71-ci beynəlxalq müsabiqə Nyu Orleanda keçirilib.

Müsabiqədə 84 ölkədən təmsilçi iştirak edib.

İkinci yeri Venesueladan olan iştirakçı, üçüncü yeri isə Dominikan Respublikasından olan iddiaçı tutub.