Ölkə 19:08 09.08.2022

Yevlaxda yataqxana yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax şəhərində beşmərtəbəli yataqxana binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

Qaynarinfo nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.