Xəbər lenti

İdman 12:31 14.11.2022

Yığmamız Türkiyədə beynəlxalq turnirdə iştirak edəcək

Türkiyənin paytaxtı Ankarada ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək.
 
Qaynarinfo xəbər verir ki, yarışda 20-yə yaxın ölkədən 100-dən çox atlet çıxış edəcək.

Onların arasında Azərbaycan yığmasının üzvləri də var. Baş məşqçi Emil Əliyevin rəhbərliyi altında qadınlardan Nazilə İsmayılova (49 kq) və Rəhilə Hüseynzadə (76 kq), kişilərdən isə Tehran Məmmədov (67 kq), İsa Rüstəmov (73 kq) və Ömər Cavadov (81 kq) körpücük üzərinə çıxacaqlar.
 
Yarış noyabrın 15-17-si tarixlərində baş tutacaq.
 

 
Səbuhi Həsənov 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->