Dünya 09:00 21.01.2024

Yunanıstanda məşhur çimərlik yox ola bilər

Yunanıstanın Zakintos adasının ən məşhur turistik yerlərindən biri olan Navagio yoxa çıxa bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası (ATOR) "Telegram" kanalında məlumat yayıb.

Navagio 1980-ci ildə sahilə çıxan "Panagiotis" gəmisinə görə gəmi qəzası çimərliyi adlanır. Bildirilir ki, son 10 ildə torpaq sürüşmələri və tufanlar nəticəsində gəminin vəziyyəti xeyli pisləşib, son illər ərzində tədricən dağılır.

"Ada rəhbərliyi, turizm sənayesi və sakinlər gəminin bir neçə il ərzində tamamilə yuyula biləcəyindən qorxurlar", deyə qeyd edilib.

Tədbirlərdən biri kimi Zakintos bələdiyyəsi çimərliyə pullu girişin tətbiq edilməsini və bu vəsaitdən ərazini qoruyub saxlamaq üçün istifadə etməyi təklif edir.

Aydın