İranın Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin direktorlarından Cavad Heyran-nia Çin, Rusiya və İranın Zəngəzur dəhlizinə yanaşmasını açıqlayıb:
Qaynarinfo xəbər verir ki, bu barədə "Azad İran" səhifəsinin xəbərində
deyilir.
"Çin Orta Dəhliz vasitəsilə Zəngəzur dəhlizinin yaranması ilə böyük fayda əldə edəcək və bu dəhliz Avropaya birləşmək üçün marşrut ola bilər. Çinin Qafqaz regionu ölkələri ilə əlaqələri və İpək Yolu marşrutları ilə bağlı verdiyi tərif İranın baxışı ilə eyni deyil”, - deyib.
O, Zəngəzur məsələsində Rusiyanın da baxışının İranla uyğun gəlmədiyini bildirib:
"Çünki 2020-ci il Azərbaycan-Ermənistan razılaşmasına görə, dəhlizlərə Moskva nəzarət edəcək və Zəngəzur dəhlizinin açılması ilə də Rusiya öz rolunu oynaya bilər. Ukrayna müharibəsindən sonra Moskvanın Ankaradan asılılığı artıb və Avropa ilə əlaqə qurmaq üçün Türkiyədən daha çox asılı vəziyyətə düşüb. Bundan başqa, Rusiya Avropaya enerji tranziti üçün Türkiyə ilə əməkdaşlıq edə bilər.
Ermənistanın da Zəngəzur dəhlizinin yaranmasına ciddi etirazı yoxdur və İran kimi narahat deyil. Qarşıdakı proseslərdə Gürcüstan da rol oynaya bilər və bu dəhlizin açılmasından zərər etsə belə, İran qədər olmayacaq”, - deyə, ekspert əlavə edib.
Alpər
Şərhlər