Xəbər lenti

Özündən 8 yaş böyük modellə sevgilidir (FOTO)
Foto 17:20 09.06.2025

Özündən 8 yaş böyük modellə sevgilidir (FOTO)

İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhem və musiqiçi Viktoriya Bekhemin oğlu Romeo modellə yeni romantika haqqında şayiələrə səbəb olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

22 yaşlı Romeo Bekhem iyunun 7-də Parisdə 30 yaşlı alman model Karolin Daurla görüntülənib. İdmançı və modeli "Costes" otelindəki əyləncədən ayrılaraq "Julia" gecə klubuna yollanarkən paparatsilər yaxalayıb.

Jurnalistlərin dediyinə görə, Romeo Bekhem və Karolin Dauru tennisə olan sevgiləri bir araya gətirib. Bundan əvvəl məşhurlar Fransa Açıq Çempionatında kişilər arasında təkbətək yarışların yarımfinalına qatılıblar. İdmançı və modelin özləri hələlik münasibətlə bağlı yayılan xəbərlərə münasibət bildirməyiblər. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->