"Ukraynaya qarşı apardığı müharibədəki itkilər Vladimir Putinin vecinə deyil”.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp aparıcı Miranda Devayna verdiyi müsahibədə bildirib.
Aparıcının "ABŞ-ın Rusiya və Ukraynanı müharibəni dayandırmağa vadar etmək üçün hansı üstünlükləri var” sualına cavab verən Tramp deyib ki, Moskva "həftəlik 5 min hərbçisini itirir”. Devayn isə əlavə edib ki, Putin üçün bu, əhəmiyyət daşımır.
"Bəlkə də onun (Putinin – UNIAN) vecinə deyil, mən düşünməyə başlayıram ki, onun doğrudan da vecinə deyil. O, çoxlu əsgərini itirir, Ukrayna da elə. Görək, sonra nə baş verəcək”, – deyə Tramp vurğulayıb.
O həmçinin əlavə edib ki, guya Ukrayna ilə Rusiya arasında müəyyən irəliləyiş əldə olunmuşdu, lakin sonra "bombalanmamalı yerləri bombaladılar”. Bu isə irəliləyişi dayandırdı.