Xəbər lenti

Tramp Putinə zəngindən danışdı:
Dünya 11:43 12.06.2025

Tramp Putinə zəngindən danışdı: "Söhbətdən heç nə çıxmadı"

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə son danışığı yaxşı keçsə də, hələlik bundan heç bir nəticə hasil olmayıb. Bundan əlavə, Tramp bir daha vurğulayıb ki, Rusiya tərəfindən başladılan genişmiqyaslı müharibədə hər həftə hər iki tərəfdən 5 mindən çox əsgər həlak olur.

Qaynarinfo xəbər verir ki, YouTube platformasında yayımlanan "Pod Force One” podkastında Tramp Putinlə söhbət və Ukraynadakı müharibə barədə suallardan yayınmağa çalışıb və əlavə detallar verməyib.

"(Putin) nə istədiyini və nə istəmədiyini dedi, bizim yaxşı bir söhbətimiz oldu. Amma hələlik bundan heç bir nəticə çıxmadı”, – deyə Tramp bildirib. Onun sözlərinə görə, danışıqlarda müəyyən irəliləyiş əldə olunduğu anda "lazımsız partlayışlar” baş verir və proses yenidən başlanır.

Tramp həmçinin qeyd edib ki, Ukraynada baş verənlər artıq "pilotsuz uçuş aparatları müharibəsinə” çevrilib və dronlar ABŞ-ın milli təhlükəsizliyi üçün təhdid yaradır.

"Həm Ukrayna, həm də Rusiya dronlardan elə bir səviyyədə istifadə edir ki, bunu heç kim təsəvvür etməzdi. Bu, əslində qorxuludur. Bu, yaxşı bir hal deyil. Kim düşünərdi ki, dron bu qədər güclü silaha çevriləcək?! Onlar artıq bir çox digər silahları, hətta təyyarələri əvəz edir”, – deyə Tramp bildirib.

UNIAN-ın daha əvvəl yaydığı xəbərdə qeyd olunub ki, Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi kütləvi raket zərbələrindən sonra Trampın Putinə münasibətində dəyişiklik baş verib-vermədiyi bəlli deyil. Prezident Aparatının müşaviri Mixaylo Podolyakın sözlərinə görə, vəziyyət dəyişməz olaraq qalır: "Burada Trampın şəxsi reputasiyası ilə bağlı başqa arqumentlər lazımdır”.

Ukrayna Prezidenti Volodimir Zelenski də Trampdan Putinə təsir etməsini xahiş etdiyini bildirib. Onun sözlərinə görə, o, ABŞ liderinə Kreml rəhbərinə münasibətdə konkret yanaşma təklif edib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->