Xəbər lenti

Metroda azyaşlıya qarşı qeyri-etik hərəkət - Həbs olundu
Ölkə 12:12 12.06.2025

Metroda azyaşlıya qarşı qeyri-etik hərəkət - Həbs olundu

Bakı Metropolitenində azyaşlı uşağa qeyri-etik hərəkətlər etməkdə təqsirləndirilən şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 1991-ci il O.M. 7 iyun 2025-ci il tarixdə, saat 18:48 radələrində metronun 28 may stansiyasında qatarda və platformada azyaşlı uşağa qarşı qeyri-əxlaqi hərəkətlər edərək narahat etdiyinə və sərxoş halda polisin qanuni tələbinə tabe olmadığına görə saxlanılıb. 

O.M.-nın qeyri-əxlaqi hərəkətlərinə görə C.V. adlı azyaşlı uşaq metropoliten işçisindən kömək istəyib. Dərhal hadisə yerinə polis əməkdaşları cəlb edilib. 

Təqsirləndirilən şəxs saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

O.M. məhkəmədə içkili olduğu üçün metroda törətdiyi cinayətdən xəbəri olmadığını deyib: "İçkili olduğum üçün hadisə yadımda qalmayıb. Arada içirəm. Bir səhvdir etmişəm".

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 1 ay müddətinə inzibati qaydada həbs edilib. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->