Məşhur cütlük Keyt Perri və Orlando Blumun artıq birlikdə olmadığı iddia olunur.
Qaynarinfo xəbər verir ki, "Page Six" nəşrinin yazdığına görə, birlikdə qızları Deizi Davı böyüdən Perri və Blum 8 illik münasibətdən sonra ayrılmaq üzrədir. Nəşrin məlumatına görə, cütlüyə yaxın olan bir insayder onların münasibətinin başa çatdığını bildirib. Lakin hələlik onlar bu barədə rəsmi açıqlama verməyə tələsmirlər.
"Aralarında artıq hər şey bitib. Sadəcə olaraq, Keyt Perrinin "Life Time" turu başa çatana qədər ayrılığı elan etməyi gecikdirirlər", deyə insayder qeyd edib.
Qeyd edək ki, sənətçinin turnesi 23 aprel tarixində başlayıb və 7 dekabr tarixinədək davam edəcək. Səslənən fikirlərə əsasən, münasibətlərdəki gərginlik Keyt Perrinin yaradıcılığına yönələn mənfi rəylərlə də bağlıdır. Xüsusilə, onun "143" adlı yeni albomuna yönələn tənqidlər və yaşadığı stress onların münasibətinə təsir göstərib.
"Bu vəziyyət Keyti çox gərginləşdirib. Orlando bu məsələyə anlayışla yanaşsa da, münasibətlərdə müəyyən gərginlik yaranıb", deyə mənbə əlavə edib.
Blum və Perri 2016-cı ildə "Qızıl Qlobus" mükafatlandırma mərasimindən sonra keçirilən bir ziyafətdə tanış olublar. Daha sonra münasibətə başlayaraq bunu rəsmi şəkildə elan ediblər. 3 il sonra aktyor müğənniyə evlənmək təklifi edib, lakin toy planları təxirə salınıb. 2020-ci ildə onların qızları Deizi Dav dünyaya gəlib. Bu, Keytin ilk, Orlandonun isə ikinci övladıdır - çünki onun əvvəlki münasibətindən bir oğlu da var.
Aydın
Şərhlər