Xəbər lenti

Əlikram Bayramov:
Maqazin 15:43 12.06.2025

Əlikram Bayramov: "Təəssüf ki, onun itkin düşməsi ilə bağlı məlumatlar düzdür"

Müğənni Əlikram Bayramovun itkin düşən qardaşı oğlu ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət edilib.

Bu barədə Qaynarinfo-ya Əlikram Bayramov bildirib:

"Təəssüf ki, qardaşım oğlunun itkin düşməsi ilə bağlı məlumatlar düzdür. Bununla bağlı aidiyyatı qurumlara məlumat verilib, biz də gözləyirik. Hazırda da polis şöbəsindəyik. Əlimizdən yalnız gözləmək gəlir", müğənni deyib. 

Qeyd edək ki, müğənni Əlikram Bayramovun qardaşı oğlu Əlikram Bayramov Rahid Bayramov itkin düşüb. Bu barədə "Səni axtarıram" verilişində deyilib. Atası efirə zəng edərək bildirib ki, Rahid mayın 7-də Biləsuvardan çıxıb və ondan sonra onun telefonuna zəng çatmayıb.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->