Xəbər lenti

Azərbaycan Hindistana başsağlığı verdi
Siyasət15:05 12.06.2025

Azərbaycan Hindistana başsağlığı verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Xarici İşlər Nazirliyi Hindistana Əhmədbad şəhərində baş verən faciəvi təyyarə qəzası ilə bağlı başsağlığı verib.
Qaynarinfo xəbər verir ki, bu barədə Nazirliyin rəsmi "X" hesabında yazılıb.
"Hindistanın Əhmədbad şəhərində baş verən faciəvi təyyarə qəzasından dərin kədər hissi keçiririk. Hadisədən təsirlənənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk. Hindistana qarşıdakı günlərdə güc və şəfa diləyirik".
Xatırladaq ki, Hindistanın Əhmədabad hava limanı yaxınlığındakı "Air India” aviaşirkətinə məxsus "Boeing 787-8 Dreamliner” təyyarəsinin qəzaya uğrayıb, hadisə nəticəsində 133 nəfər həlak olub.