Xəbər lenti

Qrip - hamilələr və körpələr üçün çox təhlükəli infeksiya - Onlara peyvənd etmək olarmı?
Sağlamlıq 22:02 19.12.2023

Qrip - hamilələr və körpələr üçün çox təhlükəli infeksiya - Onlara peyvənd etmək olarmı?

Qrip hamilə qadınlar və bir yaşınadək körpələr üçün xüsusilə təhlükəli olan infeksiyadır. Hamilə qadınlara peyvənd etmək olarmı və nə vaxt? Nə üçün hamilə qadınlara qanda anticismlərin varlığına diqqət yetirmək son dərəcə vacibdir? Uşağa nə vaxt peyvənd edilməlidir? Beynəlxalq Avropa Universitetinin Pediatriya, immunologiya, yoluxucu və nadir xəstəliklər kafedrasının dosenti, Ümumukrayna uşaq immunologiyası assosiasiyasının icraçı direktoru Yuri Stepanovski Radio NV-də bu və digər vacib sualları cavablandırıb.

- Zəhmət olmasa izah edin, qrip hamilə qadınlar üçün təhlükəli ola bilərmi?
- Əlbəttə! Hamilə qadınlar risk qruplarından biridir. Bəzi insanlar üçün qrip ciddi fəsadlara səbəb ola biləcək bir infeksiyadır. Hamilə qadınlar qripi xüsusilə ağır keçirə bilərlər. Nisbətən yaxınlarda baş vermiş qrip pandemiyasını xatırlasaq, ən böyük ölüm nisbəti hamilə qadınlar arasında müşahidə olunurdu. Ona görə də onları xüsusi olaraq qripdən qorumaq lazımdır, peyvənddən qorunmağa ehtiyac yoxdur. Hamiləlik ümumiyyətlə qripə qarşı peyvənd üçün bir göstəricidir.

Bir çox ölkələrdə, xüsusən də Qərb dünyasında bu, məcburi olan, demək olar ki, müntəzəm peyvənddir. Əgər qadın hamilədirsə, peyvənd etmək imkanının olduğunu bilməlidir və bu məlumatı həkimlərdən almalıdır. Digər tərəfdən, bu, təkcə hamilə qadına aid deyil, çünki onun dünyaya gətirəcəyi uşağı da eyni zamanda peyvənd edirik. Körpələr, xüsusən də həyatının ilk ilini yaşayan uşaqlar haqqında danışırıqsa, onlar da ağır qrip riski altındadırlar.

Qrip peyvəndi altı aylıq uşaqlara icazə verilir. Bundan əvvəl onlar peyvənd olunmurlar. Məsələn, uşaq iyul və ya avqust aylarında doğula bilər və həyatının ilk altı ayında qrip mövsümü olacaq. Müvafiq olaraq, əgər qadın qripə qarşı peyvənd olunursa, o, anticismlərini plasenta vasitəsilə uşağa ötürür. Və beləliklə, doğulduqdan sonra ən azı altı ay ərzində bu uşaq qorunacaq.

- Hamiləlik dövründə tam olaraq nə vaxt peyvənd edilməlidir?
- Hamiləlikdən sonra qrip peyvəndi istənilən vaxt edilə bilər. Bir az ətraflı danışsaq, ikinci və üçüncü trimestrlərə üstünlük verilə bilər (tipik tammüddətli hamiləlik təxminən 40 həftə və ya təxminən 280 gün davam edir və çox vaxt hər biri təxminən üç ay və ya təxminən 13-14 həftə davam edən üç trimestrə bölünür – red.). Peyvənddən təxminən iki-üç həftə sonra peyvənd antigenlərinə qarşı anticismlər maksimum dərəcədə artır. Beləliklə, qanda yüksək miqdarda anticism olan ana onları mümkün qədər uşağına köçürə biləcək.

- Hamilə qadınların peyvənd olunması nə dərəcədə təhlükəsizdir?
- Tamamilə təhlükəsizdir. Bu peyvənd onilliklər ərzində aparılır. Milyonlarla vaksin dozası tətbiq edilib. Digər şərtlərlə müqayisədə heç bir müşahidə olunan problem yoxdur. Əsasən, qızdırma və ya bəzən inyeksiya yerində ağrı kimi kiçik hadisələr ola bilər. Amma bunlar peyvəndin təmin etdiyi müsbət təsirlə, qripdən qorunma ilə müqayisə oluna bilməz.

- Uşaqlara qripə qarşı nə vaxt və nə qədər peyvənd edilməlidir? Soyuq mövsümdə bir dəfə yoxsa ildə bir dəfə? Yaxud epidemiya nə vaxt başlayır?
- Burada böyük elm yoxdur, hər şey çox sadədir. İlk peyvənd, dediyim kimi, altı ayda edilə bilər. Əgər uşaq ilk dəfə qrip peyvəndi alırsa və əvvəllər qripə yoluxmamışdırsa, iki doza tövsiyə olunur. İkinci doza birincidən təxminən bir ay sonra olunmalıdır.
Gələcəkdə qrip peyvəndi hər il uşaqlara tövsiyə olunur. Bu mövsümi xəstəlikdir, virus daim mutasiyaya uğrayır. İldən-ilə az-çox dəyişir. Ona görə də hər il peyvəndin alınmasına ehtiyac var.

Qripin elə bir xüsusiyyəti var ki, müəyyən vaxtdan, 10, 15 və ya 20 ildən sonra virus öz strukturunu, quruluşunu o qədər dəyişir ki, kütləvi epidemiyalar və ya pandemiyalar baş verir. Donuz və quş qripi ilə bağlı da belə idi. Vaxt gələcək və qripin yeni mərhələsi olacaq.

Hər halda, qrip peyvəndi həm uşaqlar, həm də böyüklər üçün hər il tövsiyə olunur. Bu, xüsusilə xroniki xəstəlikləri və ya sağlamlıq vəziyyətinə görə həkim göstərişləri olan insanlara lazımdır. 

Tərcümə: Nizami Bağırov
--> -->