Dünya 22:36 25.05.2023

2000 nəfərin 20 ildən artıq gizlənə bilmiş qatili axır ki, həbs edildi

Cümə axşamı, mayın 25-də Beynəlxalq Cinayət Tribunalları üçün Qalıq Mexanizm (IRMCT) 1990-cı illərin soyqırımı zamanı Ruandada tutsilərin qətlində şübhəli bilinən şəxsin Cənubi Afrikada Respublikasında həbs edildiyini elan edib.

Qaynarinfo təşkilatın bəyanatına istinadən xəbər verir ki, Fulqens Kayşema CAR rəsmiləri və IRMCT Prokurorluğunun axtarış qrupunun birgə əməliyyatı zamanı Parpl şəhərində həbs edilib.

O, 1994-cü ildə Ruandada Tutsi soyqırımı zamanı Nyanqadakı katolik kilsəsində 2000-ə yaxın tutsi qaçqının - kişi, qadın, uşaq və qocanın qətlini təşkil etməkdə ittiham olunur. Kayşema 2001-ci ildən axtarışdadır.

IRMCT-nin məlumatına görə, Kayşema qətliamın planlaşdırılmasında və icrasında, o cümlədən içəridə qaçqınlar olan kilsəni yandırmaq üçün benzinin alınması və paylanmasında birbaşa iştirak edib. Kilsəni yandırmağa müvəffəq olmadıqda, o və yoldaşları kilsəni buldozerlə yerlə yeksan edərək içəridəkiləri öldürüblər. Bundan sonra o, kütləvi məzarlıqlarda dünyasını dəyişənlərin badrılmasında iştirak edib.

BMT əlavə edir ki, şübhəli şəxs özünün "etibarlı tərəfdarlarına", o cümlədən "Hutu Gücü soyqırım ideologiyasını paylaşan" qohumlarına və keçmiş Ruanda qruplarının üzvlərinə arxalanaraq, şəxsiyyətini gizlətmək üçün ləqəbdən və saxta sənədlərdən istifadə edib.

"Fulqens Kayşema 20 ildən artıqdır ki, gizlənir. Onun həbsi o deməkdir ki, o, nəhayət törətdiyi cinayətlərə görə ədalətlə üz-üzə gələcək”, - IRMCT-nin baş prokuroru Serj Brammerts bildirib.

Xatırladaq ki, 1994-cü ildə Ruandada 800 mindən çox insan Hutu ekstremistləri tərəfindən öldürülüb, onların da əksəriyyəti Tutsi etnik qrupunun üzvləri olub. Soyqırımda mötədil siyasi baxışlı hutu etnik qrupunun üzvləri də öldürülüb.

Qətllər 6 aprel 1994-cü ildə Ruanda prezidenti Juvenal Qabyarimanı daşıyan təyyarənin Ruanda paytaxtı Kiqaliyə uçarkən vurulması ilə başlayıb. 

Nizami Bağırov