Xəbər lenti

Sabah qar yağacaq
Ölkə08:59 25.10.2014

Sabah qar yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Oktyabrın 26-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcək, arabir yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, güclü şimal-qərb küləyi axşam tədricən mülayimləşəcək. 

Havanın temperaturunun gecə və gündüz 8-12 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Oktyabrın 26-da rayonlarda hava şəraitinin arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturunun gecə və gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

Qaynar.info