Xəbər lenti

2024-cü ildə ən çox qazanan idmançılar - TOP-10
İdman 13:19 13.02.2025

2024-cü ildə ən çox qazanan idmançılar - TOP-10

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştiano Ronaldo 2024-cü ildə ən çox qazanan idmançı olub. 

Qaynarinfo xəbər verir ki, bu məlumat "Sportico" tərəfindən açıqlanıb.

Futbolçu 260 milyon dollar qazanc əldə edib. Reytinqin ikinci pilləsində "Qolden Steyt" basketbolçusu Stiven Karri (153,8 milyon dollar) və britaniyalı boksçu Tayson Furi (147 milyon dollar) yer alıb.

İlk onluqda həmçinin ardıcıl olacaq Lionel Messi (futbolçu, 135 milyon dollar), LeBron Ceyms (basketbol, 133.2 milyon dollar), Neymar (futbol, 133 milyon dollar), Aleksandr Uşik (boks, 120 milyon dollar), Kərim Benzema (futbol, 116 milyon dollar), Kilian Mbappe (futbol, 110 milyon dollar) və Con Rahm (qolf, 105.8 milyon dollar) qərarlaşıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->