Ölkə 16:46 28.02.2024

3 kq qoza görə 1 ay həbsdə yatacaq

Qax şəhərində vətəndaşa məxsus evinin həyətində qoz oğurlayan şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 1976-cı il təvəllüdlü Qormaz Əsədullayev (ad-soyad şərti) Xalmağa İsmayılovaya məxsus evin həyətindən dəyəri 15 manat 3 kq olan qoz oğurlayıb. 

Zərərçəkmiş şəxs Qorxmazın onun həyətindən qurudulmuş ət də oğurladığını da iddia edib və ondan şikayətçi olduğunu bildirib. 

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 1 ay müddətə həbs cəzası verib.

Əhməd