Xəbər lenti

6 yeşik apardı, 22 günlük həbs aldı
Ölkə 21:40 12.07.2024

6 yeşik apardı, 22 günlük həbs aldı

Sumqayıtda meyvə və tərəvəz dükanından yeşikləri götürən şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, hadisə görə 1979-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş Z.Vəliyev saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Məhkəmədə zərərçəkmiş Bəşirov Raqif Əhməd oğlu izahatında bildirib ki, Z.Vəliyev meyvə-tərəvəz dükanının qarşısında içərisi meyvə və tərəvəzlə dolu yeşikləri oğurlayıb. 

Z.Vəliyev isə altı dəfə həmin ərazidə boş yeşiklər götürdüyünü etitraf edib. O, heç vaxt meyvə-tərəvəz dolu yeşik götürmədiyini bildirib. Hətta yeşiklərin içinə baxmadığını deyib. 

Məhkəmənin qərarı ilə Z.Vəliyev İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib və22 gün müddətinə inzibati qaydada həbs olunub. 

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->