Xəbər lenti

ABŞ Fələstin təhlükəsizlik qüvvələrinin gücləndirilməsini istəyir
Dünya 11:44 03.12.2023

ABŞ Fələstin təhlükəsizlik qüvvələrinin gücləndirilməsini istəyir

ABŞ Fələstin təhlükəsizlik qüvvələri gücləndirilməsini istəyir. Vaşinqtonun fikrincə, bununla onıar gələcəkdə Qəzzada təhlükəsizliyi öz üzərinə götürə bilməlidir.

Qaynarinfo xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Kamala Harris Yaxın Şərq regionunun liderləri ilə görüşlərdən sonra keçirilən mətbuat konfransında deyib.

"Fələstin təhlükəsizlik qüvvələri Qəzzada təhlükəsizlik üçün məsuliyyəti öz üzərinə götürmək üçün gücləndirilməlidir", deyə Harris bildirib.

Vitse-prezident bildirib ki, o vaxta qədər İsrail, Qəzza sakinləri, Fələstin administrasiyası və beynəlxalq tərəfdaşlar üçün məqbul təhlükəsizlik tədbirləri görmək lazımdır.

ABŞ-ın vitse-prezidenti qeyd edib ki, münaqişə bitdikdən sonra ərəb liderlərinə Qəzzanın inkişafı üçün üç istiqamət təklif olunub. Təhlükəsizliyi təmin etməklə yanaşı, onlara anklavın bərpası və Fələstin muxtariyyəti tərəfindən idarə olunmasının təmin edilməsi daxildir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->