Xəbər lenti

ABŞ gələn il Hind-Sakit okean regionunda orta mənzilli raketlər yerləşdirəcək
Dünya 16:40 03.12.2023

ABŞ gələn il Hind-Sakit okean regionunda orta mənzilli raketlər yerləşdirəcək

ABŞ 2024-cü ildə Hind-Sakit Okean regionuna orta mənzilli raketlər yerləşdirmək niyyətindədir. 

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Ordusunun Sakit Okean Komandanlığının sözçüsü Rob Fillips "Nikkei Asia"ya məlumat verib.

Rob Fillipsin sözlərinə görə, raketlərin yerləşdirilməsi Çinə qarşı çəkindirmə qabiliyyətini gücləndirmək məqsədi daşıyır.

Rob Fillips aydınlaşdırıb ki, söhbət SM-6 raketinin və 500 m-dən 2,7 min km-ə qədər uçuş məsafəsinə malik "Tomaqavk" qanadlı raketinin yerüstü versiyalarından gedir. 

Raketlərin yerləşdirilmə tarixi və yeri məlum deyil. Bununla belə, Karnegi Beynəlxalq Sülh Fondunun baş elmi işçisi Ankit Panda "Nikkei Asia"ya bildirib ki, ABŞ Quam adasındakı hərbi bazada raketlər yerləşdirməyi planlaşdırır.

"Nikkei Asia" qeyd edir ki, bu yerləşdirmə 2019-cu ildən, Orta Mənzilli Nüvə Qüvvələr Müqaviləsinin müddəti bitdikdən sonra ilk olacaq. 1987-ci ildə ABŞ və SSRİ tərəfindən imzalanmış sənəd tərəfləri orta (1-5,5 min km) və daha qısa (0,5-1 min km) mənzilli yerüstü ballistik və qanadlı raketlərin bütün sistemlərini məhv etməyə məcbur edib, gələcəkdə belə raketlərə sahib olmamaq, istehsal etməmək və sınaqdan keçirməmək öhdəliyi götürüblər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->