Ekonomiks 17:22 26.05.2023

ABŞ-ın borc böhranının dollara təsiri olacaqmı? - Deputat

Milli Məclisin deputatı Vüqar Bayramov dolların alış kursunun artması məsələsinə aydınlıq gətirib. 

Qaynarinfo xəbər verir ki, deputat bildirib ki, ABŞ prezidenti ilə Respublikaçı konqres Kevin Makkartinin hökumətin 31.4 trilyon dollarıq borc tavanının növbəti 2 il üçün uzadılması ilə bağlı razılığa yaxındırlar:

"23.32 tirlyon dollarlıq nominal ÜDM ilə ABŞ dünyanın əsas iqtisadi gücü olaraq qalmaqdadır. Bu baxımdan, Birləşmiş Ştatlardakı borc problem qlobal iqtisadiyyata ciddi təsir göstərirdi”.

Vüqar Bayramov qeyd edib ki, dolların səbət valyutalara nisbətən məzənnəsində eniş müşahidə olunmur:

"Əksinə, dollar Avropa puluna nisbətən son həftə möhkəmlənmişdi. Borc razılığının əldə edilməsi dolların əsas valyutalara nisbətən  yenidən güclənməsinə səbəb ola bilər. Amma hələlik səbət valyutaların kurslarında ciddi volatillik gözlənilmir. Bununla belə, borc razılığı qlobal iqtisadiyyat üçün də yeni imkanlar yaradacaq”. 

Bahar Rüstəmli