Xəbər lenti

Dünya 18:23 04.02.2024

ABŞ-ın husiləri vurmasının səbəbi açıqlandı

ABŞ Yəmənin Ənsar Allah hərəkatına (husilər) endirdiyi zərbələr Suriya və İraqın atəşə tutulması ilə bağlı deyil. 

Qaynarinfo xəbər verir ki, bu barədə NBC kanalı Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.

Vaşinqtondakı mənbə izah edib ki, ABŞ Yaxın Şərqdə münaqişənin daha da genişlənməsini istəmir və İran tərəfindən dəstəklənən husilərin mövqelərinə zərbələr onların hərəkətlərinə cavab olaraq həyata keçirilib.

"Zərbələr ABŞ-ın İraq və Suriyadakı ordumuza və obyektlərimizə davam edən hücumlara cavab olaraq cümə günü atdığı addımlarla əlaqəli deyil", deyə mənbə əlavə edib.

Qeyd olunur ki, hazırda hərbçilər vəziyyəti dəyərləndirir və bəzi hədəflərin məhv edilmədiyi üzə çıxarsa, onlar yenidən vurulacaq.

Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ ordusunun Yəmən ərazisinə növbəti zərbə endirdiyini, hücumun hədəfinin Ənsar Allah hərəkatının husi üsyançılarının qanadlı raketi olduğunu bildirmişdi.
Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->