Xəbər lenti

Dünya 10:48 11.12.2023

ABŞ İsraildən Qəzzada müharibəni ilin sonuna qədər bitirməyi xahiş edib

ABŞ hakimiyyəti İsrailə Qəzza zolağında hərbi əməliyyatı yeni ilə qədər başa çatdırmalı olduğu barədə məlumat verib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Economist" mənbələrə istinadən yazıb.

Jurnalın məlumatına görə, İsrail Müdafiə Qüvvələri böyük ehtimalla daha az intensivliklə və quru qoşunlarına arxalanaraq hərbi kampaniyanı davam etdirəcək. Belə bir ssenaridə, HƏMAS hərəkatı Qəzzanın bir hissəsinə nəzarəti davam etdirəcək.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Amerika hakimiyyətinin mövqeyini ABŞ dövlət katibi Entoni Blinken İsrailə son səfəri zamanı çatdırıb. Hər iki ölkənin səlahiyyətliləri açıq şəkildə ABŞ administrasiyasının israillilər üçün hər hansı müddət təyin etdiyini inkar edir. Nəşr əlavə edir ki, ABŞ rəsmiləri İsraildən xüsusilə Qəzza zolağının cənubunda "fələstinli mülki əhalinin əzablarını yüngülləşdirmək" üçün daha çox səy göstərməyi tələb edir.

İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-də başlayıb. İsrail səlahiyyətliləri həlak olanların sayını 1,4 min, Fələstin səlahiyyətliləri isə 17 mindən çox öldüyünü bildirib. Noyabrın sonunda tərəflər bir neçə günlük atəşkəs barədə razılığa gəliblər, lakin dekabrın 1-də İsrail ordusu Qəzzada əməliyyatları bərpa edib. Dekabrın 8-də ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı keçirərək İordan çayının qərb sahilində fələstinlilərə qarşı zorakılıqdan narahatlığını bildirib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?