ABŞ Konqresində əsas kəşfiyyat rəhbərlərindən Amerikanın Ukraynaya dəstəyinin dayandırılmasının mümkün təsirləri ilə bağlı kəşfiyyat məlumatlarının qiymətləndirilməsi tələb olunub.
Qaynarinfo "The Hill”ə istinadla xəbər verir ki, qanunvericilər bunun ABŞ-ın təhlükəsizliyinə necə təsir edəcəyini öyrənmək
istəyirlər.
Milli Kəşfiyyat direktoru, Müdafiə Kəşfiyyat İdarəsinin direktoru və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Ukraynada müharibənin gedişi və ABŞ-ın Ukrayna ordusuna necə kömək etdiyinə dair qiymətləndirmə hesabatı hazırlamaq tapşırığı alıblar.
Qanunvericilər israr edirlər ki, hesabatda Ukrayna Müdafiə Qüvvələrinin ABŞ-dan yardımın dayandırılması halında özlərini müdafiə etməyə necə davam edəcəyi barədə məlumat daxil edilməlidir. Bundan əlavə, ABŞ-ın uzaqmənzilli raketlərin Rusiya ərazisinin dərinliyindəki hədəflərə zərbə endirmək üçün istifadəsinə icazəni geri çağırdığı senari də nəzərdən keçiriləcək.
Jurnalistlər vurğulayıblar ki, əsas kəşfiyyat rəhbərlərinə xüsusən Rusiyanın, Çinin, İranın və Şimali Koreyanın Ukraynanın məğlubiyyəti halında daha da aqressiv davranma ehtimalını qiymətləndirmək tapşırılıb. Hesabatın məxfi əlavəsi ola bilsə də, açıq şəkildə təqdim olunması tələb edilir.
Qeyd olunub ki, qanunvericilər hesabatın müvafiq qanunun qəbulundan sonra 90 gün ərzində təqdim olunmasını tələb edirlər. Bununla belə, jurnalistlər bildiriblər ki, artıq 20 yanvar tarixində ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyasını Donald Trampın komandası əvəz edəcək və bu, hesabatın hazırlanmasını çətinləşdirə bilər.
Nəşr xatırladır ki, Trampın Milli Kəşfiyyat direktoru vəzifəsinə namizədi keçmiş demokrat konqresmen Tülsi Qabbarddır. Onun bəzi açıqlamaları Rusiya təbliğatına bənzədiyi üçün şübhəli reputasiyaya malikdir. Bundan başqa, 2017-ci ildə Qabbard Suriyada minlərlə mülki vətəndaşı qətlə yetirməkdə ittiham olunan devrilmiş prezident Bəşər Əsədlə görüşmüşdü.
Alpər
Şərhlər