Xəbər lenti

ABŞ son 40 ildə ən təhlükəli təhdidləri ilə üz-üzədir - Keçmiş zabit
Dünya 18:32 17.09.2024

ABŞ son 40 ildə ən təhlükəli təhdidləri ilə üz-üzədir - Keçmiş zabit

"Birləşmiş Ştatlar hazırda son 40 ilin ən mürəkkəb və təhlükəli təhdidləri ilə üz-üzədir".

Qaynarinfo xəbər verir ki, bunu "Politico" nəşrinə müsahibəsində ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) keçmiş kəşfiyyat və antiterror zabiti Con Koen deyib.

"2024-cü il prezident seçkiləri ölkənin hüquq-mühafizə, daxili təhlükəsizlik və milli təhlükəsizlik sahələrində işlədiyim 40-dan çox il ərzində qarşılaşdığım ən mürəkkəb, dinamik və təhlükəli təhlükə mühiti ilə üzləşdiyi bir vaxta təsadüf edir", deyə Koen bildirib.

Keçmiş məmur hesab edir ki, ABŞ hazırda internetin gücündən tam istifadə edən digər ölkələrdən olan hücumçuların fiziki və kiber təhdidləri ilə üz-üzədir.

Koen ABŞ-ın həm fiziki dünyada, həm də kiberməkanda müxtəlif təhlükələrlə üzləşdiyini və bu təhlükələrin həm xarici, həm də daxili amillərdən qaynaqlandığını vurğulayıb. O qeyd edib ki, təcavüzkarlar öz hücumlarını həyata keçirmək üçün internetin verdiyi imkanlardan səmərəli istifadə etməyi öyrəniblər.

Sabiq məmur təhlükəsizlik qüvvələrinin və hüquq-mühafizə orqanlarının əməkdaşlarının sürətlə dəyişən şəraitə və yeni çağırışlara vaxtında uyğunlaşmağa vaxt tapmamasından narahatlığını da ifadə edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->