Xəbər lenti

Dünya 14:25 28.02.2024

ABŞ Yəməndə 200-dən çox husi hədəfinə hücum edib

Husi üsyançılarının Qırmızı dənizdə gəmiçiliyə hücumlarından sonra ABŞ Yəməndə 230 hədəfə zərbə endirib.

Qaynarinfo "Bloomberg"ə istinadən xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin Yaxın Şərq məsələləri üzrə köməkçisinin müavini Daniel Şapiro deyib.

Senatın Xarici Əlaqələr Komitəsinin alt komitəsində verdiyi ifadə zamanı Şapiro qeyd edib ki, ABŞ-ın zərbələri çox güman husilərin yüzlərlə silahını məhv edib. Eyni zamanda, onun sözlərinə görə, qruplaşma qalan silah ehtiyatlarından istifadə edərək dəniz hücumlarını davam etdirməyə çalışır.

Şapiro və ABŞ-ın Yəmən üzrə nümayənfəsi Tim Lenderkinqin ifadəsi Yəməndə husilərin hərbi hədəflərinə raket hücumları başlayandan bəri rəsmilər tərəfindən Konqresdə verilən ilk ifadədir.

Senatın Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin və Senatın Xarici Əlaqələr Alt Komitəsinin sədri Kris Mörfi dinləmədə qeyd ediblər ki, ABŞ Konqresinin icra hakimiyyətinin husilərin mövqelərinə zərbə endirməsinə icazə verməsi lazımdır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->