Dünya 14:14 30.09.2022

ABŞ zabiti və erməni arvadı Rusiyaya casusluqda ittiham edildi

ABŞ-da ilk transseksual zabit, ABŞ ordusunun mayoru Ceymi Li Henri və onun həyat yoldaşı Anna Qabrielyan Rusiyaya casusluqda ittiham edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "NBC News” məlumat yayıb.

Li Henri Con Hopkins Universitetində ordu həkimi və anestezioloq kimi xidmət edirdi. O, Rusiya hökumətinə ABŞ əsgərləri və onların qohumları haqqında tibbi məlumat vermək planında ittiham olunur.

İttiham tərəfinin mövqeyinə görə, zabitin arvadı Rusiya səfirliyi ilə əlaqə saxlamağa çalışıb və diplomatlara özünü və ərini informator kimi təklif edib. Cütlük özünü Rusiya səfirliyinin nümayəndəsi kimi təqdim edən FTB-nin gizli agentinə məxfi məlumatları təqdim edib.

Görüşdə Henri əməkdaşlığa hazır olduğunu bildirib, orduya cəlb olunmaq cəhdini bəyan edib və ABŞ-ın Rusiyaya olan nifrətini ört-basdır etmək üçün Ukraynadan istifadə etdiyini bildirib. Cütlük agentə altı amerikalının, o cümlədən ABŞ Hərbi Dəniz Kəşfiyyat İdarəsinin əməkdaşının həyat yoldaşı, Müdafiə nazirliyinin əməkdaşı və keçmiş hərbçilərin ailəsinin üç üzvü haqqında tibbi qeydlərini verib.

Nizami Bağırov