XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

ABŞ-dan Azərbaycan və Ermənistana çağırış
Ölkə19:12 13.05.2021

ABŞ-dan Azərbaycan və Ermənistana çağırış

ABŞ hökuməti rəsmi Bakı və Yerevana Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi azaltmağa çağırır.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays özünün tvitter hesabında yazıb.
"Ermənistan-Azərbaycan sərhədinin demarkasiya aparılmamış hissəsində gərginliyin artması barədə xəbərləri diqqətlə izləyirik. Tərəflər arasında ünsiyyətin davam etdiyini başa düşürük, vəziyyəti gərginləşdirmək üçün təmkinli olmağa çağırırıq”-deyə, N.Prays bildirib.