Sizin yerli Avropa bankınız - AccessBank, müştərilərinə ilin son fürsətini təqdim edir. İlin sonuna doğru təşkil edilən kampaniya çərçivəsində nağd kredit əldə edən müştərilərə, kreditin məbləğindən və faiz dərəcəsindən asılı olaraq 3% endirim təqdim olunur.
Güzəştlər, nağd kredit üzrə faiz dərəcəsi minimal illik 10% - dan aşağı olmamaq şərti ilə, kreditin məbləği 40.000 AZN-dək və 48 ay müddətinədək təklif edilən
istehlak kreditlərinə şamil olunur. Nağd kredit üzrə minimal illik faiz dərəcəsi 10%, maksimal isə 21% təşkil edir.
Kampaniya 31.12.2023-cü il tarixinədək qüvvədədir.
AccessBank 2002-ci ildən Azərbaycanın bank sektorunda fəaliyyət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 14-i Bakıda, 18-sı bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin
www.accessbank.az saytına və ya bankın sosial şəbəkələrdə (
Facebook,
Instagram,
LinkedIn) hesablarına daxil olmaq olar.
*AccessBank QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 Oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
Şərhlər