Xəbər lenti

Adel gizli şəkildə evlənib
Maqazin 10:53 21.11.2023

Adel gizli şəkildə evlənib

Müğənni Adel Los-Ancelesdə Alan Karrın komediya şousunda iştirak edərək evlilik şayiələrinə səbəb olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

"Adel tamaşaçılar arasında idi. Alan tamaşaçılardan bu yaxınlarda kiminsə evləndiyini soruşduqda, o, qışqırdı: "Mən varam", deyə konsert iştirakçılarından biri bildirib.

Başqa bir izləyici Adelin etirafını təsdiqləyərək ifaçının zalda özünü rahat apardığını və mühafizəsiz olduğunu qeyd edib.

Sentyabrın sonunda müğənni Las-Veqasdakı növbəti konsertində mümkün toy haqqında danışarkən artıq evli olduğunu, ərinin qonaqlar arasında yer aldığını qeyd edib. O, sevgilisinin adını çəkməyib, amma müğənninin iki ildir basketbol agenti Riç Polla birlikdə olduğu məlumdur.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->