Dünya 13:12 09.11.2022

Aİ etirazları vəhşiliklə yatırdan İrana qarşı yeni sanksiyalar hazırlayır - Bloomberg

Avropa Birliyi gənc iranlı qadının polis tərəfindən saxlanıldıqdan sonra ölümü ilə nəticələnən etirazları zorakılıqla yatırdığı üçün İrana qarşı əlavə sanksiyalar tətbiq etməyə hazırlaşır.

Qaynarinfo xəbər verir ki, "Avropa həqiqəti” bu barədə Bloomberg agentliyinin öz mənbələrindən məlumat aldığını yazıb.

Aİ səfirləri Brüsseldə keçiriləcək görüşdə çərşənbə günü bir sıra İranlı fiziki və hüquqi şəxslərinə qarşı təklifləri dəstəkləyəcəklər.

Sonra bu tədbirlər gələn həftənin əvvəlində Aİ xarici işlər nazirləri tərəfindən müzakirə olunacaq.

İranda cümə günündən bəri təhlükəsizlik qüvvələrinin sərhəd əyalətlərində həftəsonu etirazları yatırması nəticəsində azı 17 nəfər ölüb.

Tehran dəfələrlə etirazları xarici dövlətlər tərəfindən qızışdırılan iğtişaşlar kimi qiymətləndirib və hüquq-mühafizə orqanlarının zorakılığına dair beynəlxalq tənqidi "ikiüzlülük” kimi qiymətləndirib.

Oktyabrın 17-də Aİ hökumətin etirazları yatırtması səbəbindən 11 iranlıya və ölkənin əxlaq polisi və kibermüdafiə komandanlığı və bir nazir də daxil olmaqla 4 təşkilata sanksiya tətbiq edib.

Aİ həmçinin Ukraynadakı müharibədə Rusiyaya dəstək verdiyi üçün İrana qarşı sanksiyalar tətbiq edib.
 
Bu arada ABŞ prezidenti Co Bayden də ABŞ-ın 1979-cu ilin noyabrında tətbiq etdiyi sanksiyaların davam etdirilməsini nəzərdə tutan İrana qarşı fövqəladə vəziyyətin müddətini uzadıb. 

Bu barədə, Ağ Evin dərc etdiyi məktubda deyilir.

"Mən 12170 saylı İcra Sərəncamı ilə elan edilmiş İran üçün Milli Fövqəladə Vəziyyətin müddətini bir il uzadıram" deyə Bayden yazıb.

Hesabatda vurğulanır ki, ABŞ-ın hərəkətləri "İrandakı vəziyyətin ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün yaratdığı fövqəladə təhlükə” ilə mübarizə zərurəti ilə bağlıdır.

 
Alpər